"Sədərək"dəki yanğınla bağlı AÇIQLAMA: "Bizim mərkəzdə baş verməyib"

"Ötən gün baş verən yanğının "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda olduğu deyilsə də, bu doğru deyil".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
O bildirib ki, hamı yanan obyektlərin "Sədərək" ticarət mərkəzinə aid olduğunu söyləsə də, yanğın tamamilə başqa şirkətə məxsus anbarda baş verib:
"Hamı "Sədərək" yanır deyir. Baş verən yanğın tamamilə ayrı şirkətə məxsus anbarda baş verib. Bu yanğın "Sədərək" ticarət mərkəzinin girişindən 200-300 metr aralıda qeydə alınıb. Bunun mərkəzə heç bir aidiyyəti yoxdur və mərkəzə heç bir zərər dəyməyib".
Kəmaləddin Qədim qeyd edib ki, "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərmək istəyən hər hansı bir sahibkar ilə müqavilə bağlandıqda ilkin vacib şərtlərdən biri sığortanın olmasıdır:
"Sığortanın olması bütün müqavilələrdə ilkin şərt kimi öz əksini tapıb. Bu, bizim ən vacib şərtimizdir. Sahibkar ilə bunun əsasında müqavilə bağlanır və o öz sahibkarlıq fəaliyyətini icra edir".
Oxşar xəbərlər
Hacıqabulda 25 yaşlı gənci elektrik vuraraq öldürüb
Hacıqabulda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun İkinci Udullu ərazi vahidinin...
