Salyanda mikroavtobusla minik maşını toqquşub: 7 yaralı var

Salyanda mikroavtobusla minik maşını toqquşub: 7 yaralı var
Hadisə 607
Salyan rayonunun Noxudlu kəndi ərazisində - Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 3 nəfərə yerində yardım göstərilib, 4 nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər