Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var
Hadisə 963
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Cəlilabadda 25 yaşlı gənc döyülüb

Cəlilabadda 25 yaşlı gənc döyülüb

Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb. Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaral...

1046 Hadisə 22:52 02 mart 2018

Son xəbərlər