Şəkidə mikroavtobus və “Prado” toqquşub, 7 nəfər xəsarət alıb

Şəkidə mikroavtobus və “Prado” toqquşub, 7 nəfər xəsarət alıb
Hadisə 1048
Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.“Mercedes-Benz Vito” markalı mikroavtobusla “Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla, 7 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Tibb müəssisəsindən ONA-ya bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.BAKU.WS

Son xəbərlər