Sabir Rüstəmxanlının qardaşı Ukraynada saxlanıldı - FOTO
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin bu günlərdə Ukraynada saxlanıldığı məlumatı yayıldı.
Bu xəbəri Lent.az-a Ə.Əliyevin qardaşı, "Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu təsdiqləyib. Ş.Xuduoğlu bildirir ki, qardaşı beynəlxalq axtarışda olduğu üçün saxlanılıb:
"Ukraynada bu işi araşdırdılar. Məhkəmə keçirildi. Və proses zamanı məlum oldu ki, saxlanılması üçün heç bir əsas yoxdur. Prosesə elə oradan vəkil Dmitry Morgun çıxmışdı. Və sonra da azad olundu. Həmin günlər də mən də Əlövsət Əliyevin yanında idim".
Ş.Xuduoğlunun sözlərinə görə, qardaşı hələ də Ukraynadadır. Və tezliklə Almaniyaya dönməyi planlaşdırır.
Qeyd edək ki, Əlövsət Əliyev Almaniyada mühacirətdədir. Onu Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın ölkədən qaçırılmasında günahlandırırdılar.
BAKU.WS
Oxşar xəbərlər
Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Qarabağda gedən döyüş zamanı şəhid olub. Bu haqda Sərdar Cəlaloğlunun köməkçisi BAKU.W...