Generalın qardaşı: "İsa Əzizovun bu cür addım atmasına inanmırıq"

Generalın qardaşı: İsa Əzizovun bu cür addım atmasına inanmırıq
Hadisə 4916

 

"Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki davada adı hallanan İsa Əzizov nə bacım, nə də qardaşım oğludur".

BAKU.WS-in məlumatına görə, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deyib.

Lakin deputat İ.Əzizovun onların uzaq qohumu olduğunu təsdiqləyib: "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik".

Qeyd edək ki, mətbuatda İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki dava salan şəxslər saxlanılıb: "Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".

BAKU.WS

Son xəbərlər