Heydər Əliyevin silahdaşı vəfat etdi
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynova ağır itki üz verib.
BAKU.WS-in report-a istinadən xəbərinə görə, N.Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.
Haqqın.az xatırladır ki, nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.
Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.
Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.
Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək.
Nadir Hüseynov
Oxşar xəbərlər
“Heydər məscidi”nə imam və axund təyin olunub
Bakıdakı "Heydər məscidi"nə imam və axund təyinatı olub. BAKU.WS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər məscidi" komple...