Sabiq millət vəkili vəfat edib
Zərdab rayonunda tanınmış ictimai-siyasi xadim Əlihüseyn Əliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun 76 yaşında həyatını itirdiyi bildirilir.
Əlihüseyn Əliyev müxtəlif illərdə rayon partiya strukturlarında çalışıb, 1991-ci ilə qədər təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin rəhbəri vəzifələrində fəaliyyət göstərib.
O, iki çağırış Zərdab rayonunu parlamentdə təmsil edib. Daha sonra uzun illər Zərdab Peşə Liseyinin direktoru vəzifəsini icra edib və 2016-cı ilə qədər həmin təhsil müəssisəsinə rəhbərlik edib.
Onun vəfatı ilə bağlı sosial şəbəkələrdə başsağlığı mesajları paylaşılır.
Oxşar xəbərlər
Zaqatalada 31 yaşlı kişiyə xəsarət yetirən şəxs saxlanılıb
Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Belə ki...