Qayınatası maşın almadığı üçün arvadını döydü
Saatlı rayonunda kişi arvadını döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Təvəkkül Ağayev (ad və soyad şərtidir) 2023-cü ildə ailə həyat qursa da, onların birgə nikahdan övladları olmayıb və buna görə cütlük müalicə almağa başlayıb.
Bundan bir qədər sonra Təvəkkül həyat yoldaşına deyib ki, atasından ona avtomobil almağı tələb etsin.
Təvəkkül bir gün axşam işdən evə qayıdıb və arvadından soruşub ki, atası maşın alır, ya yox.
Həyat yoldaşı isə Təvəkkülə söyləyib ki, bu barədə atasına heç bir söz deməyib. Qadın xahiş edib ki, bu istəyini ona özü bildirsin. Reaksiyadan əsəbiləşən Təvəkkül arvadı ilə mübahisə edib və qadını döyüb.
Bundan sonra qadın evi tərk edərək atasının evinə gedib və hadisə barədə polisə məlumat verib.
Müraciət əsasında polis əməkdaşları gələrək, T.Ağayevi saxlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə T.Ağayevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.
Oxşar xəbərlər
Qubada 19 kq narkotik aşkarlanıb
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qa...