Qarlı havada taksilərin qiyməti qaldırması hallarının qarşısı alınacaq
"Qış aylarında yerə qar dəyən kimi bəzi taksi şirkətləri qiymətləri qaldırır".
BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün BNA araşdırmalar aparır və nöqsana yol verən taksi şirkətlərinə xəbərdarlıq edilir.
BNA direktoru həmçinin yollarda mövcud olan problemlərin qısa zamanda həlli lə bağlı da danışıb. V.Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtomobillər şəhərə buraxılıb:
"Bu avtomobillər yollarda çəkiliş aparır. Hər həftənin 5-ci günü şəhərin yollarında çəkilən görüntülər analiz edilir. Hansı yollarda keçidlərin olmaması, yol nəqliyyat nişanları və ehtiyac olan piyada keçidləri müəyyən edilir. Yollarda olan nöqsanlar araşdırılaraq müəyyənləşdirilir və həlli istiqamətində addımlar atılır".
Şahin Həbibov
Oxşar xəbərlər
Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti dövründə avtobus qəzaları və ölüm halları 80%-ə yaxın azalıb
"Avtobuslarda ciddi dərəcədə düzəlişlər edilməsi ilə bağlı göstərişlər verilib. Avtobusların görünüşü və texniki göstəricilərinin müasir standartlara cavab verm...