Taksi sürücülərinə XƏBƏRDARLIQ

Taksi sürücülərinə XƏBƏRDARLIQ
Sosial 1722
 

Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə xəbərdarlıq edib.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla tədbirlər görüləcək.

Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən "Fərqlənmə nişanı" almaq üçün vergi istənilən bankda ödənilə bilər. Vergi ödənildikdən sonra "Fərqlənmə nişanı" Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir.

BAKU.WS

Oxşar xəbərlər

Köhnə avtomobillərə taksi qadağası – YENİLİK

Köhnə avtomobillərə taksi qadağası – YENİLİK

"VAZ 2106” və "VAZ 2107” markalı köhnə maşınlar taksi xidmətindən uzaqlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı "Taksi xidmətinin təkmilləşdirm...

2923 Sosial 10:06 05 oktyabr 2016

Son xəbərlər