Bakıda taksilərlə bağlı reydlər başladı
Bakı Nəqliyyat Agentliyi Bakıda fəaliyyət göstərən taksilərin vergiyə cəlb edilməsi ilə bağlı tədbirlərə başlayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, bununla bağlı artıq araşdırmalar başlayıb: "Əsas məqsəd taksi xidməti ilə məşğul olan fiziki və hüquqi şəxsləri fərqlənmə nişanları almağa cəlb etməkdir. Bunula bağlı agentlikdə xüsusi işçi qrupu yaradılıb və həmin qrup şəhərdə taksilərin sıx toplaşdığı ərazilərdə araşdırmalara başlayıb. Qrup üzvləri taksi sürücüləri ilə fərdi söhbətlər aparır və onlara fərqlənmə nişanlarının üstün cəhətləri izah olunur. Fərqlənmə nişanlarının alınmasının əsas üstünlüyü odur ki, biz Bakıda fəaliyyət göstərən taksilərin sayını müəyyənləşdirəcəyik. Bundan sonra, Bakıda fəaliyyət göstərən taksilərin vahid qeydiyyat sistemi yaranacaq. Proses nəticəsində taksi sahəsində büdcəyə vergi daxilolmaları asanlaşacaq və artacaq".
M.Ağayev bildirib ki, fərqlənmə nişanı almaq istəyən şəxs istənilən bank filialında 18 manat rüsum ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı alır. Fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.
M.Ağayev bildirib ki, fərqlənmə nişanı almayan taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.
Bakıda istehsal müddəti 10 ili ötmüş avtomobillərin taksi xidməti göstərməsinin qadağan edilməsi məsələsinə gəlincə isə, M.Ağayev bu məlumatı təkzib edib. Onun sözlərinə görə, illik texniki baxışdan keçən və istifadəyə yararlı olan bütün avtomobillərin taksi fəaliyyəti göstərməsi mümkündür.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bütün taksilərə xəbərdarlıq edildi
Günün pik saatlarında paytaxtda müşahidə edilən tıxac problemi hələ də insanların əsəb sistemini korlamaqda davam edir. Heç kimə sirr deyil ki, xüsusilə dayanac...