Bakıda bütün taksilərdə nağd ödəniş ləğv olunur
"Bakı şəhəri üzrə bütün ictimai nəqliyyat vasitələrinə, o cümlədən taksilərə müəyyən tələblər qoyulacaq. Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyində konsepsiya hazırlanır".
BAKU.WS bildirir ki, bu barədə azvision.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Mətbuat katibinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyində ictimai nəqliyyat və taksilər barədə optimallaşma və təhlillər aparılır. Bu təhlillərin nəticəsi olaraq vahid nəqliyyat konsepsiyası hazırlanır.
Agentlik rəsmisi bildirib ki, gələcəkdə sürücülər, avtobusların texniki vəziyyəti və digər məsələlərlə bağlı tələblər qoyulacaq. Bundan əlavə, paytaxtda fəaliyyət göstərən bütün taksilərdə ödəniş kartla həyata keçiriləcək.
"Taksilərə kameralar quraşdırılacaq, kvotalar tətbiq olunacaq. Bundan sonra taksi sürücüləri yol boyu istədiyi rəqəmi səsləndirə bilməyəcəklər. Konsepsiyada bütün ictimai nəqliyyatda kontaktsız əlaqədən istifadə olunması nəzərdə tutulub. Hazırda istifadə olunan kartlar taksilərə də tətbiq olunacaq".
N. Allahyarova onu da bildirib ki, konsepsiyada bütün daşıyıcılar Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi təlim mərkəzində yoxlamadan keçməmiş nəqliyyata buraxılmayacaqlar: "Bütün optimallaşma, inteqrasiya prosesiləri yay aylarına təsadüf edəcək. Bəzən elə olur ki, eyni istiqamətdə bir neçə marşrut xətti var. Bəzən eyni istiqamətdə yalnız bir marşrut xətti olur. Bu da sərnişinlərə böyük problem yaradır. Bununla bağlı konsepsiyadan irəli gələn bütün dəyişikliklər yay aylarına təsadüf edəcək ki, insanların hərəkətinə mane olmasın. Avtobus və sürücülərlə bağlı proses mərhələli şəkildə həyata keçiriləcək", - deyə N.Allahyarova bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtobus sürücüləri təqib olunacaq
Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır. Artıq bəzi avtobuslarda kameraları görmək mümkündür. Bakı Nəql...