Bakı sürücüləri üçün yenilik: parkomatlarda kartla ödəniş etmək mümkün olacaq

Bakı sürücüləri üçün yenilik: parkomatlarda kartla ödəniş etmək mümkün olacaq
Sosial 1145

Bundan sonra Bakıda parkomatlara ödənişi təkcə nağd deyil, həm də kartlarla etmək mümkün olacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin BAKU.WS-ə verdiyi məlumata görə. Artıq bu istiqamətdə işlər gedir. Bunun üçün bütün parkomatlara yeni avadanlıqlar qoyulacaq. Həmin avadanlıqlar vasitəsilə xüsusi plastik kartlarla ödəniş etmək mümkün olacaq. "Bunun üçün xüsusi plastik kartlar təşkil olunacaq. Həmin kartlar vasitəsilə ödənişlər ediləcək. Kartların balansını isə aparatlar, mobil telefonlar və internet vasitəsilə artırmaq mümkün olacaq”, - deyə Həsən Abdullayev bildirib. Qurum rəsmisinin sözlərinə görə, artıq bir çox işlər görülüb. Artıq gələn ilin əvvəllərindən yeni sistem tətbiq olunacaq. Bundan başqa, yeni sistemə əsasən gələcəkdə parkomat ödənişlərini "Bakı Kart” vasitəsilə də ödəmək mümkün olacaq. Lakin hələlik ödənişləri kredit və digər ödəmə kartları ilə ödəmək olmayacaq. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Facebook-dan çoxdandır gözlədiyimiz unikal yenilik (FOTO)

Facebook-dan çoxdandır gözlədiyimiz unikal yenilik (FOTO)

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook daha bir xidmətini işə salıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə paylaşımların axtarılması artıq müm...

1144 Şou-biznes 17:26 26 oktyabr 2015

Son xəbərlər