Bakının köhnə avtobusları yeni kart sisteminə keçir

Bakının köhnə avtobusları yeni kart sisteminə keçir
Sosial 1301

Bakıda bütün sərnişin avtobusları vahid kart sisteminə keçəcək. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, yaxın vaxt ərzində şəhər nəqliyyatında gedişhaqqıların nağd şəkildə ödənilməsi tamam ləğv ediləcək. "Artıq bu işlərə başlanılıb. Bu yaxınlardan başlayaraq Bakıdakı bütün avtobuslarda aparatlar quraşdırılacaq. "BakuBus” avtobuslarında olduğu kimi digər marşrutlarda da gedişhaqqılar "BakıKart” vasitəsilə ödəniləcək”, - deyə Şəfa Mehmanqızı bildirib. Bununla bağlı olaraq köhnə avtobuslarda quraşdırılan ödəmə validatorları sökülərək yeniləri ilə əvəz olunacaq. 

Mərkəz rəsmisi bildirib ki, bundan sonra qanunsuz fəaliyyət göstərən avtobusların işləməsi mümkün olmayacaq. Bu sistem işə düşəndən sonra digər neqativ hallar da aradan qaldırılacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

“BakuBus” avtobuslarında kart probleminə son qoyulur

Bakıda xidmət göstərən "BakuBus” avtobuslarında gedişhaqqı "BakıKart” vasitəsilə ödənilir. Bu da bəzən vətəndaşlar arasında problem yaradır. Çünki hələ çox insa...

1920 Sosial 14:24 07 oktyabr 2015

Son xəbərlər