Prezident qaçqın statusu almış şəxslərin qeydiyyatı ilə bağlı fərman imzaladı
Azərbaycanda qaçqın statusu almış şəxslərin qeydiyyatına dair prosedur müəyyənləşib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Beləliklə, şəxsə qaçqın vəsiqəsi verilərkən Dövlət Miqrasiya Xidməti eyni zamanda həmin şəxsi yaşayış yeri üzrə qeydiyyata alacaq. Bu məqsədlə Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun tətbiqi haqqında Əsasnamə ilə müəyyən olunmuş sənədləri tələb edəcək. Yaşayış yeri olmayan qaçqın statusu almış şəxslər yaşayış yeri əldə edənədək Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yerləşdiyi yer üzrə qeydiyyata alınacaqlar.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlandı
"2016-cı ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən, ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 111 988 nəfər olub. Onlar...