Polisə silahlı müqavimət göstərən Ceyhun Aslanov zərərsizləşdirilib xəstəxanaya yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib xəstəxanaya yerləşdirildi
Bu abrədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazir...