Polis qardaşını öldürən qatildən QƏRİBƏ HƏRƏKƏTLƏR

Polis qardaşını öldürən qatildən QƏRİBƏ HƏRƏKƏTLƏR
Hadisə 2219
Polis qardaşını bıçaqla qətlə yetirən Bakı şəhər sakini cinayət məsuliyyətindən qaçmaq üçün özünü dəliliyə vurub.BAKU.WS xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Xatırladaq ki, polis əməkdaşlarının Qaradağ rayonu ərazisində gördüyü operativ tədbirlər nəticəsində avqustun 3-də qardaşı, Çevik Polis Alayının əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Əliyev Murad Ramazan oğlunun ürəyinə 3 bıçaq zərbəsi endirməklə onu qətlə yetirmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Ramazan oğlu saxlanılıb.Qətl hadisəsi paytaxtın 9-cu mikrorayonunda, Murad Əliyevin yaşadığı ünvanda baş verib. Axşam saat 17:00 radələrində Əli Əliyev qardaşına ürək nahiyəsindən üç bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.Ötən bazar günü (avqustun 13-də), avqustun 4-də haqqında axtarış elan edilmiş Əli Əliyev Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 7 saylı Şəhər Kliniki Xəstəxanasında aşkar edilib. Məlum olub ki, avqustun 11-də Əliyev Qaradağ rayonunun ərazisində huşsuz vəziyyətdə tapılaraq sözügedən xəstəxanaya gətirilib.Bununla belə, polis əməkdaşlarının öz həmkarlarının qətlinin üstünü necə açmasının təfərrüatları məlum olub. Onlar Əliyevi yarıçılpaq və anlaqsız vəziyyətdə tapıblar. Cavan oğlan polislərin suallarına cavab verməyib və polislər elə biliblər ki, o, laldır. Ona görə də, qərara gəliblər ki, Əliyevi Maştağa qəsəbəsində yerləşən, lal-kar xəstələrin müalicəsi üçün ixtisaslaşmış 7 saylı şəhər xəstəxanasına gətirsinlər.Onlar cavan oğlanın doğmalarını tapmaq üçün onun şəxsiyyətini müəyyən etməyə çalışıblar. Polislər xəstəxanaya ekspert-psixiatr cəlb ediblər və tezliklə məlum olub ki, Əliyev lal deyil. O, sadəcə polisi aldadır. Lakin polislər şəxsiyyəti məlum olmayan adamı zorla danışdırmağa cəhd etməyiblər. Onlar problemi bu yolla həll etmək qərarına gəliblər — sadəcə xəstənin şəklini çəkmək və yerli telekanallarda yaymaqla onu tanıyanlardan yardım istəmək. Əliyevin valideynləri çox tez tapılıblar və məlum olub ki, məhz o qardaşını öldürüb.Əliyev qardaşını qətlə yetirdikdən sonra özünə də qəsd etməyə çalışıb. O, məsuliyyətdən yayınmaq üçün özünü dəliliyə və xəstəliyə vurmağa da cəhd edib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda polisin bıçaqlanma səbəbi: "Televizor pultu üstündə" - TƏFƏRRÜAT

Bakıda polisin bıçaqlanma səbəbi: "Televizor pultu üstündə" - TƏFƏRRÜAT

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşını bıçaqlayaraq öldürməsi hadisəsi...

1980 Hadisə 11:09 04 avqust 2017

Son xəbərlər