Bakıda polis serjantı bıçaqlanaraq öldürüldü
Bakı şəhərində qətl törədilib.
BAKU.WS xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib.
Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub.
Öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Qardaşı tərəfindən bıçaqlanaraq öldürülən Nigarın görüntüləri (VİDEO)
Evə gec gəldiyi üçün qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən qızın fotoları ortaya çıxıb. BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə paylaşılan şə...