Polis avtomobili qəzaya düşdü - Zərbədən "VAZ" iki yerə bölündü - FOTO

Polis avtomobili qəzaya düşdü - Zərbədən VAZ iki yerə bölündü - FOTO
Hadisə 2743

Avqustun 19-da, səhər saatlarında Bakı-Şamaxı yolunda Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

BAKU.WS bildirir ki, bu barədə avtosfer.az-a şahidlər məlumat veriblər. Bildirilir ki, saat 08:30-da Dövlət Yol Polisi İdarəsinin Şamaxı postunun yaxınlığında "VAZ" markalı avtomobil başqa bir avtomobillə toqquşub. Zərbə o qədər güclü olub ki, "VAZ" iki hissəyə parçalanıb. Həmin vaxt ərazidə xidmət edən DYP əməkdaşları da qəzaya düşüblər.

Belə ki, 99 YP 822 dövlət nömrə nişanlı DYP avtomobili də zərbəyə tuş gələrək yoldan çıxıb. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib. Avtomobildə olan polis əməkdaşlarının xəsarət almadığı bildirilir. Digər avtomobillərdə isə ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.

BAKU.WS

Oxşar xəbərlər

"Galendewagen"i ilə qəza törədən qadın kimdir? (VİDEO)

"Galendewagen"i ilə qəza törədən qadın kimdir? (VİDEO)

Dünən Bakı şəhərində qəzaya uğrayan 99 CL 999 nömrə nişanlı "Galendewagen" markalı avtomobilin olimpiya çempionu Toğrul Əsgərova məxsus olduğu barədə məlumat ya...

13260 Hadisə 16:48 05 avqust 2016

Son xəbərlər