Neftçiləri axtaran 3 helikopter işini dayandırdı

Neftçiləri axtaran 3 helikopter işini dayandırdı
Hadisə 901

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopterlərlə axtarışları davam edir.

Yanğınla əlaqədar yaradılmış qərargahdan BAKU.WS-ə verilən məlumata görə, Xəzərdə itkin neftçilərin axtarışlarını həyata keçirən helikopterlərindən 3-ü hava şəraiti ilə əlaqədar işi dayandırıb. Hazırda bir helikopter vasitəsi ilə havadan axtarışlar həyata keçirilir. Gəmilərin işində isə fasilə https://baku.ws/yaranmayıb. Onlar axtarışı həyata keçirirlər. Axtarış tədbirlərinə bir təyyarənin də cəlb edilməsi nəzərdə tutulub. Onun da havanın şəraitindən asılı olaraq yaxın vaxtlarda işə başlayacağı bildirilir. "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın isə hələ də söndürülməyib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerində çalışırlar. Ziya Səccad BAKU.WS

Son xəbərlər