Neftçalada tikintidə bədbəxt hadisə baş verib, ölən və yaralanan var

Neftçalada tikintidə bədbəxt hadisə baş verib, ölən və yaralanan var
Hadisə 1256
Neftçalada tikintidə bədbəxt hadisə baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər