Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb
Hadisə 1442
Göyçay rayonunda tikintidə çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Alpoud avtomobil yolunun yenidən qurulması işləri zamanı tikinti şirkətində fəhlə işləyən Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Xəlilov Vüqar Yediyar oğlunun üstünə torpaq tökülüb.Məlumata görə, yolun altından keçən beton su ötürücüsünün inşası zamanı qazıntı işləri aparılıb və qəflətən ərazidə torpaq uçqunu baş verib. Torpağın altında köməksiz vəziyyətdə qalan Vüqar Xəlilovu yarım saatdan sonra çıxarmaq mümkün olub. Lakin xəstəxanaya aparılarkən o, yolda dünyasını dəyişib.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Odlar Yurdu Universitetində tikinti işləri zamanı fəhlə ölüb

Odlar Yurdu Universitetində tikinti işləri zamanı fəhlə ölüb

Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb."Report"un xəbərinə görə, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.Nəsrəddin Tusi k...

1301 Hadisə 10:26 09 sentyabr 2017

Son xəbərlər