Azərbaycanda idarə işçisi asfaltçəkən texnikanın altında qalaraq ölüb

Azərbaycanda idarə işçisi asfaltçəkən texnikanın altında qalaraq ölüb
Hadisə 1254

 

"Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS-in Report.az-a istinadən verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.

Murad Səmədov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər