Bakı-Şamaxı yolunda torpaq uçqunu baş verib - VİDEO

Bakı-Şamaxı yolunda torpaq uçqunu baş verib - VİDEO
Video
Sosial 1592
 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində torpaq uçqunu baş verib. Yolun başqa bir hissəsində isə iki nöqtədə yol çöküb.

Dünən axşam Bakı-Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliyində iri torpaq yığını avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb.

BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ərazidə daha əvvəl də bir neçə dəfə belə hadisə baş verib. Yolun bu hissəsində baş verən torpaq uçqununun qarşısını almaq məqsədilə istinad divarı çəkilsə də, torpaq axınının qarşısını almaq mümkün olmayıb. Yola tökülən torpaq avtomobillərin hərəkətinə mane olub.

Səhər saatlarından etibarən yola tökülən torpaq kütləsi texnikalar vasitəsilə ərazidən uzaqlaşdırlıb.

Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar əmələ gəlib. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qismən də olsa, təsir edib. Bu səbəbdən sözügedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurulub.

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşır

Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir. BAKU.WS-in xəbərinə görə, bu barədə Trend-ə "Azəravtoyol...

1764 Sosial 21:24 12 iyun 2017

Son xəbərlər