Ağsu dolaylarında yolun bir hissəsi çökdü

Ağsu dolaylarında yolun bir hissəsi çökdü
Hadisə 1091

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Sözügedən hissədə yol 40-50 sm çöküb. 

BAKU.WS xəbər verir ki, sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

BAKU.WS

Oxşar xəbərlər

Ağsu aşrımında hərəkət çətinləşdi

Ağsu aşrımında hərəkət çətinləşdi

Yanvarın 31-də axşamdan yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində bir sıra problemlər yaradıb. BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, Bakı-...

1375 Hadisə 21:42 01 fevral 2017

Son xəbərlər