Ağsu aşrımında hərəkət çətinləşdi
Yanvarın 31-də axşamdan yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində bir sıra problemlər yaradıb.
BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 144-156-cı kilometrində qarın qalınlığı 25-30 santimetrə çatıb. Xüsusilə yolun dolaylardakı sərt döngə və sürüşmə təhlükəsi olan yerlərində təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, fevralın 1-də səhər saatlarından başlayaraq Ağsu 16 nömrəli "Yol İstismar” MMC-nin işçiləri və texnikası yolda hərəkətin təhlükəsizliyi üçün səfərbər edilib. Yol qardan təmizlənir, duz və qum səpilir.
Saat 10-dan sonra yol qış şəraiti üçün saz olan avtomobillər üçün açılıb.
Mütəxəssislər sürücülərə zərurət yaranmadığı halda Ağsu dolaylarından istifadə etməməyi məsləhət görürlər. Yola çıxan sürücü avtomobilin sazlığına və şinlərin qış rejiminə uyğunluğuna ciddi diqqət yetirməlidir.
BAKU.WS
Oxşar xəbərlər
YOL POLİSİ: Bu yollar təhlükəlidir
Yanvarın 28-də yağan intensiv qar ölkənin bəzi yollarında hərəkəti çətinləşdirib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hazırda bir çox b...