YOL POLİSİ: Bu yollar təhlükəlidir
29
yan
2017
10:23
Yanvarın 28-də yağan intensiv qar ölkənin bəzi yollarında hərəkəti çətinləşdirib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hazırda bir çox bölgələrdə qar yağmaqda davam edir. Bununla belə bütün magistral yollar avto-nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Lakin Bakı-Şamaxı yolunun bir çox hissələrində, eləcə də Ağsu dolaylarında sürüşkənlik qalmaqdadır. Sürücülərə bu yollarla qış təchizat vasitələri olmadan hərəkət etmək tövsiyyə olunmur.
Qeyd edək ki, yanvarın 28-də ölkə yollarında baş vermiş qəzalarda 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Şamaxı yolunda hərəkət iflic oldu (VİDEO)
Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yara...