Sürücülərin nəzərinə! - Ölkəboyu reydlər başladı
Yol polisi ölkə üzrə kütləvi reydləri davam etdirir. Avqustun 23-də Göygöl rayonunda da reyd keçirilib.
DİN Baş Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi istiqamətində dövlət yol polisi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Dövlət yol polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxamayaraq, təəssüflər olsun ki, bir çox şəxslərin hələ də spirtili içki qəbul edərək nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmə hallarına rast gəlinir.
Avqust ayının 23-də DIN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin Yol Polisi Bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər akşar edilərək inzibati məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.
BAKU.WS
Oxşar xəbərlər
Yol Polisindən sürücülərə xəbərdarlıq
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu ilin avqust ayının 1-dən 21-dək olan müddətdə respublikanın şəhər və rayonla...