Polisdən qarlı yollarla bağlı açıqlama
24
yan
2016
12:21
Şənbə günü səhər saatlarından başlayaraq şimal-qərb istiqamətindən daxil olan soyuq hava kütlələri ölkə ərazisində hava şəraitini kəskinləşdirib.
BAKU.WS-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hazırda bəzi istiqamətlərdə yağıntı davam edir. Lakin magistral yollarda hər hansı buzlaşma və ya sürüşkənlik müşahidə edilmir.
Qeyd edək ki, ötən gecə bir sıra bölgələrdə sulu qar və qar yağıb.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün 15 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər...