Bakı səmasına yayılan qazla bağlı rəsmi açıqlama
Bu gün səhər saatlarından başlayaraq Bakının mərkəzində hiss olunan qaz yığınının insan həyatı üçün təhlükəsi yoxdur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, son 3 gün ərzində Bakı şəhərində zəif mülayim, dəyişkən istiqamətli şimal-qərb, şimal-şərq küləkləri və fasilələrlə cənub, cənub-qərb və cənub-şərq küləkləri əsib. "Bu gün səhər saatlarında hiss olunan iy Xətai rayonu ərazisindən Babək prospekti və Azadlıq meydanına qədər irəliləyib. Bunun da əsas səbəbi paytaxtda əlverişsiz meteroloji hava şəraiti olub. Havaya buraxılan tullantıların, qaz qarışıqlarının səpələnməsi passivləşib. Bununla da pis qoxu yayılıb. Digər insan sağlamlığına zərər verəcək qaz qarışıqlarının heç birində artım müşahidə olunmayıb”, - deyə məlumatda bildirilib. Qurumdan bildirilib ki, neft emalından və nəqliyyatdan atılan tullantıların pis qoxulu qazla müşahidə olunub: "Gecə saatlarında temperatur çox aşağı olur, gündüz saatlarında qalxır. Yəni ağır hava aşağı təbəqələrdə sıxılıb qalır. Buna görə də qaz kütləsi yayılmayıb. Havanın temperaturu aşağı düşəndə oyanıqlıq azalır. Bu iy təbii ki insanlarda diskamfortluq hissi yaradır. Bəzi insanlarda baş ağrısı əmələ gətirir. Astma xəstələri üçün narahatlıq yarana bilər. Lakin bu o demək deyil ki, havada zəhərli maddələr var”. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakının mərkəzində qaz qoxusu gəlməyə başlayıb. Dənizə yaxın ərazilərdə yaşayan sakinlər redaksiyamıza bildirirlər ki, şəhərdən çox pis qaz qoxusu gəlir. Sakinlərin çoxusu hallarının pisləşməsindən də şikayət edirlər.
Xatırladaq ki, bu gü səhər saatlarında "Bakını qaz qoxusu bürüyüb: sakinlər baş ağrısından şikayət edir" adlı xəbərdə bu barədə məlumat vermişdik.
Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
Dekabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qə...