Qar rayonlarda fəsadlara səbəb oldu: elektrik dirəkləri aşıb, naqillər qırılıb
Ötən gün axşam saatlarından başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Göyçay rayonlarına güclü qar yağıb, ucqar kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində yaranan problem aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, həmin rayonların İcra hakimiyyətlərindən APA-ya verilən məlumata görə, dağlıq ərazilərdəki kəndlərə 25-30 santimetr, rayon mərkəzlərinə 10-15 santimetr hündürlükdə qar yağıb. Güclü qar səbəbindən bəzi kəndlərdə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Hazırda elektrik verilişinin bərpası üçün işlər görülür. Kəndlərdə rabitə xidməti ilə bağlı müəyyən problemlər yaranıb. Bir sıra köhnə evlərin, yardımçı tikililərin dam örtüyü güclü qarın ağırlığına tab gətirməyərək çöküb.
İsmayıllı-Lahıc, İsmayıllı-Muğanlı, Şamaxı-Pirqulu yolunun, Ağsu-Şamaxı, Qəbələ-İsmayıllı, Qaraməryəm-İsmayıllı, Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyatın hərəkətinin intensiv təmin olunması üçün yol istismar idarələrinin ağır texnikaları və işçiləri tərəfindən yollar qardan təmizlənir, əraziyə qum səpilir. Hazırda rayonlara qar yağmaqda davam edir. Bu gün axşam saatlarında şaxta səbəbindən buz bağlayacaq yollarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.
BAKU.WS
Oxşar xəbərlər
Qar sürücülərə çətin anlar yaşatdı - Yollar buz bağladı (VİDEO)
Hava şəraitinin kəskin dəyişməsi Şamaxını qarın əsirinə çevirib. Bu ərazidən keçən magistral yollar buz bağlayıb, bir neçə kəndə gediş - gəlişdə problemlər yaşa...