Naxçıvanın bəzi ərazilərini su basıb
12
sen
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində bəzi ərazilər subasmaya məruz qalıb.
BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Muxtar respublika FHN-in müvafiq qüvvələri çağırış ünvanlarına cəlb edilib.
Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış ümumilikdə 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin av...