Müdafiə Nazirliyi ermənilərin zenit iddiasına cavab verdi
"Erməni mətbuatı son günlər cəbhədə vəziyyətin gərginliyini bir qədər də artırmaq məqsədilə Azərbaycan tərəfini gah tankdan, gah da zenit qurğusundan istifadə etməkdə günahlandırmağa cəhd göstərir".
Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyindən bildiriblər. Ermənistan mətbuatının "Azərbaycan cəbhədə zenit qurğularından istifadə edir" iddasına münasibət bildirən Müdafiə Nazirliyi vurğulayır ki, hətta məsələ elə absurd həddə çatıb ki, ermənilər onların mövqeləri istiqamətində tətbiq olunan silah və texnikanın növü, eləcə də atılan mərmi və güllələrin sayı barədə "zərgər dəqiqliyi” ilə xəbər verirlər.
Bəzən elə təsəvvür yaranır ki, hər zaman bəyan etdikləri kimi "dünyanın ən qədim xalqı” və hər sahədə "ilk” olduqlarını bildirən ermənilər mövqələri istiqamətində atılan güllə və mərmilərin sayını hesablamaq məqsədilə hansısa yeni "ixtira” etdikləri qurğuları bütün cəbhəboyu səngərlərə yerləşdiriblər. Belə çıxır ki, ermənilər nə vaxtsa atəşin konkret kim tərəfdən açıldığı, həmin şəxsin zahiri və daxili portreti, tərcümeyi-halı, yaşadığı ünvanı, hətta bədən ölçüləri barədə xəbər versələr belə onların aşıb-daşan fantaziyalarına heç də təəccüb etmərik. Bütün bunlar ermənilərin məsələyə yanaşma tərzinin nə qədər gülünc olduğunu və istehza doğurduğunu bir daha təsdiq edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
BBC: "Azərbaycan tankları təmas xəttinə yerləşdirib"
"Azərbaycan tankları erməni qüvvələrilə sərhəd və təmas xəttində yerləşdirilib". BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan hərbi mənbələrindən BBC-nin A...