MTN-in dinləmə səlahiyyəti DİN-ə verildi

MTN-in dinləmə səlahiyyəti DİN-ə verildi
Hadisə 1217

Bir neçə gün öncə Daxili İşlər Nazirliyinə telefon danışıqlarını gizli dinləmək səlahiyyəti verilib. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, bu qərarla bağlı qanunvericiliyə də dəyişiklik edilib. Artıq polis əməkdaşları da cinayətdə şübhəli bilinən şəxslərin telefon danışıqlarını izləyə, telefon siqnalları əsasında onların yerini təyin edə biləcək. Qeyd edək ki, bu qərardan öncə belə əməliyyatları yalnız Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirdi. Daxili İşlər Nazirliyinin əməkdaşları isə bu məlumatları MTN-ə sorğu göndərərək əldə edirdilər. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov saxlanıldı

Eldar Mahmudov saxlanıldı

Prezidentin sərəncamı ilə oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudov yoxa çıxıb. Onun harada olması barədə heç bir məlu...

14 Siyasət 09:22 22 oktyabr 2015

Son xəbərlər