MTN akademiyasında kütləvi qovulma

MTN akademiyasında kütləvi qovulma
Hadisə 998

 

"MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.

BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.

Xatırladaq ki, ötən il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-də ciddi kadr islahatları aparılmağa başlanıb. Bir sıra yüksək vəzifəli MTN-çilər vəzifələrindən azad olunub. İşdən çıxarılan MTN-çilərdən əksəriyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə həbs olunublar.

Ötən il dekabrın 14-də isə MTN ləğv edilib. Prezident Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar

Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən...

2110 Hadisə 13:34 02 yanvar 2016

Son xəbərlər