Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar

Eldar Mahmudovun daha bir qohumunu işdən çıxardılar
Hadisə 2110

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

BAKU.WS ans press-ə istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Onun yerinə əvvəllər "Strong Farm" şirkətinin direktoru olmuş Sadıx Əliyev təyin edilib. O da bildirilib ki, S. Əliyev daha əvvəl "EvroMed” şirkətində Beynəlxalq əlaqələr üzrə direktor müavini işləyib.

Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir.

Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.Bu il dekabrın 14-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib və onun əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub. BAKU.WS xəbə...

2806 Siyasət 14:14 14 noyabr 2015

Son xəbərlər