İmtahana gedən məktəblilər arasında dava düşdü - polis atəş açdı (VİDEO)

İmtahana gedən məktəblilər arasında dava düşdü - polis atəş açdı (VİDEO)
Video
Hadisə 2747
Çeçenistanda vahid dövlət imtahanı zamanı iki məktəbli arasında dava baş verib.BAKU.WS xəbər verir ki, davanın görüntüsü sosial şəbəkələrdə yayılıb.Şahidlərin sözlərinə görə, dava 54 №-li məktəbdə qeydə alınıb. Məktəblilər imtahana girmək üçün gözləyərkən dava düşüb. 11 və 65 №-li məktəbin şagirdləri arasında yaranan anlaşılmazlıq sonradan davaya çevrilib. Onlar münasibətlərini aydınlaşdırmaq üçün yumruqlaşıblar. Davadan bir neçə saniyə sonra qadın qışqırıqları və atəş səsləri eşidilib. Polisin dava iştirakçılarını sakitləşdirmək üçün havaya atəş açdığı bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, polislər davanın qarşısını almağa çalışıb.Davaya müdaxilə edən polis tərəflərdən birini yumruqla vurub. Hüquq-mühafizə orqanlarından bildirilir ki, hadisə zamanı davaya müdaxilə edən polislərin hərəkətləri də araşdırılacaq.

Oxşar xəbərlər

Almaniyada azərbaycanlılarla ərəblər arasında dava düşdü

Almaniyada azərbaycanlılarla ərəblər arasında dava düşdü

Almaniyanın Bilefeld şəhərində azərbaycanlılar ilə ərəblər arasında dava baş verib.“Report”un Avropa bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi dəmir yol...

1445 Hadisə 16:05 26 aprel 2019

Son xəbərlər