Mərdəkanda maşın yandı - VİDEO

19
may
2017
20:12
Bu gün axşam saat 18:00 radələrində Bakının Mərdəkan qəsəbəsində avtomobil yanıb.
BAKU.WS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Mərdəkan Dendrarisinin qarşısında baş verib. Belə ki, VAZ-2106 markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirlyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Yanğının səbəbi araşdırılır.
BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda məktəb direktorunun evi yandırıldı - Video
Quba rayonunda məktəb direktorunun evi yandırılıb. BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib. Belə ki...