Bakıda "Audi" yanaraq kül oldu (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam saatlarında Badamdar qəsəbəsində, Bakı şəhər Baş Polis İdarəsinin qarşısında avtomobil yanıb.
"Audi” markalı avtomobil yanaraq külə dönüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Musavat.com-un məlumatına görə, ilkin ehtimal kimi avtomobilin yanmasının səbəbi mühərrikdə elektrik naqillərinin alışması göstərilir.
Hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
Çoxmərtəbəli yaşayış binasında yanğın: 15 nəfər təxliyyə olundu
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu,...