Bakının mərkəzində FORD markalı avtomobil yandı - VİDEO

30
sen
2016
14:29
Bakının Yasamal rayonunda avtomobil yanıb.
BAKU.WS xəbər verir ki, hadisə bu gün saat 12 radələrində rayonun Mətbuat prospektində, "Azərbaycan Nəşriyyatı"nın qarşısında baş verib. Hərəkətdə olan "Ford" markalı avtomobilin mühərrik hissəsində yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb edilib.
Avtomobilin qalan hissəısi yanğından xilas edilib. Lakin avtomobil yararsız hala düşüb.
BAKU.WS


Oxşar xəbərlər
Bakıda PORSCHE yandı
Gecə saatlarında Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonunda vətəndaşa məxsus...