İçi qarpızla dolu avtomobil belə yandı (FOTO/VİDEO)

İçi qarpızla dolu avtomobil belə yandı (FOTO/VİDEO)
Video
Hadisə 1213

 

Ötən gün Şəkinin giriş hissəsinin 4-cü kilometrliyində içi qarpızla dolu avtomobil yanıb.

BAKU.WS-in Kanal S-ə (Region TV) istinadən verdiyi məlumata görə, Şəkinin Zəyzid kənd sakini Salmanov Rəhim Salman oğlu 55-BF-731 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobillə kənd istiqamətində hərəkətdə olan zaman nəqliyyat vasitəsi anidən alışıb.

Hadisə yerinə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Bütün səylərə baxmayaraq avtomobil içindəki 250 kq qarpızla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Sürücünün sözlərinə görə, yanğın avtomobilin arxa hissəsindən başlayıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu yandı (VİDEO)

Bakıda sərnişin avtobusu yandı (VİDEO)

Bakının Xətai rayonunda avtobus yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Xocalı prospektində, "Xətai" metro stansiyasının qarşısında qeydə alınıb. D...

1602 Hadisə 10:54 26 fevral 2016

Son xəbərlər