Bakıda maşın səkidə gedən 6 tələbəni vurdu
Bakıda idarəetməni itirən sürücü avtomobillə 6 nəfəri vurub. BAKU.WS-in APA TV-yə istinadən verdiyi məlumata görə, hadisə Bakı Dövlət Universitetinin (BDU) yataqxanasının qarşısında qeydə alınıb. "Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mətbuat prospekti ilə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. Bu zaman o, səki ilə gedən 6 nəfəri vurub. İdarəetmədən çıxan avtomobil yol kənarında duran "Opel" markalı maşına çırpılaraq dayanıb. Qəzadan sonra dərhal hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) çatdırılıblar. Mərkəzdən APA TV-yə verilən məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Bunlar Rzayev Fərhad (1999), Qarayev Əhməd Daşqın oğlu (1995), Səlimov Əhməd Sabir oğlu (1993), Xəlilova Leyla Sabir qızı (1994), Eyvazova Məryəm Əsəd qızı (1998) və Ələkbərzadə Cabir Elxan oğludur. Xəstəxanadan həmçinin bildirilib ki, xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Gəlin maşını aşdı, yaralılar var (FOTO)
Ağstafada gəlin maşını qəzaya düşüb. BAKU.WS-in Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisin...