Azərbaycanda məktəb direktorunun evi yandırıldı - Video
Quba rayonunda məktəb direktorunun evi yandırılıb.
BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb.
İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.
Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.
Hadisə yerinə gələn Quba rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər.
Yanğının səbəbi araşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
“Sovetski”də ikimərtəbəli binada yanğın baş verib
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə, üçotaqlı mənzildə qeydə alınıb. Hadisə yeri...