Azərbaycanda 6 otaqlı ev külə döndü: “Balalarım içəridən çıxa bilmədi” (VİDEO)
Kürdəmir rayonunun Xırdapay kəndində yanğın olub.
ARB TV xəbər verir ki, hadisə Malay Cəbrayılova məxsus ümumi sahəsi 230 kvadratmetr olan 6 otaqlı fərdi yaşayış evində baş verib. Tikilinin 3 otağı içərisindəki bütün əşyalarla birlikdə tamamilə yanıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi alovdan mühafizə olunub.
Nərminə Cəbrayılova (ev sahibi): "Ev alışıb yandı. Balalarım içəridən çıxa bilmədi. Pəncərəni sındırıblar, uşaqları oradan çıxarıblar. Oğlumun başı, boynu yanıb”.
İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Xırdalanda yaşayış evində yanğın: ölən var
Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayon...