Moskvada 50 miqrant qidadan zəhərlənib
14
fev
2025
12:33
Moskvada bir hosteldə yaşayan 50 miqrant qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, Mash Telegram kanalının məlumatına görə, zəhərlənən şəxslər "Obruçev 30" yaşayış kompleksinin tikintisində işləyən miqrantlardır.
Onlar 13 fevralda "Enidem" şirkəti tərəfindən tədarük edilən toyuq şorbası ilə qidalanıblar. İşdən sonra hostelə qayıdan fəhlələrdə qusma və ishal müşahidə edilib.
Hadisə nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib, hadisə yerinə isə onlarla təcili yardım maşını cəlb olunub.
Oxşar xəbərlər
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli...