Mobil telefon istifadəçilərinin nəzərinə: Bunu etsəniz xərçəngə tutula bilərsiniz (VİDEO)
Son vaxtlar whatsapp istifadəçilərinə amerikalı alimlərin "nitro oksid adlandırılan kimyəvi maddənin xərçəng xəstəliyinə səbəb olması barədə xəbərdarlıq” mesajı göndərilir. Mobil telefonun balansını artırmaq üçün nəzərtə tutulan kartların üzərində olan gümüşü maddə ilə təmasda olmamaq tövsiyyə edilir.
Ödəmə terminallarına və onlayn ödəmələrə maraq artdığından mobil telefonunun balansına kart vasitəsilə "kontur” yükləyənlərin sayı azalıb. Lakin bu kartlar hələ də satışda var və onlardan istifadə edənlərin sayı da kifayət qədərdir.
Mütəxəssislər hesab edirlər ki, növündən asılı olmayaraq üzvü kimyəvi birləşmələr orqanizmə ziyandır. Dəri ilə birbaşa təmasda olduğu üçün isə dəri xərçənginə gətirib çıxara bilər.
Diqqətli olmaqda fayda var, çünki xərçəng xəstəliyinin səbəbi məlum olmadığından risk yaradan faktorlardan uzaq durmaq məsləhət görülür.
"Xəzər Xəbər”ə mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Azərbaycanda Sim-kartların onlayn-satış vaxtı açıqlandı
Azərbaycanda Sim-katların onlayn-satış vaxtı açıqlanıb. Trend-ə İT bazarındakı mənbədən verilən məlumata görə, mobil operatorların Sim-kartlanın onlayn-satış s...