İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb
Hadisə 37

İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza Ramiq Turqut oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər