Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu
 
                            
                            
                                21
                                iyn
                            
                                2021
                                09:41
                            
                            Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
“Azərsu” ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır
Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu ke...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    