Şamaxıda qəzada ağır yaralanan bir ailənin üç üzvü Bakıya göndərildi

Şamaxıda ağır yol qəzasında xəsarət alan bir ailənin üç üzvü Bakıya gətirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Cahid qızı, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı və 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lakin xəsarətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı F.Məmmədliyə qapalı kəllə-beyin travması və qabırğaların sınığı, N.Məmmədzadəyə bədənin müştərək travması, A.Məmmədzadəyə isə baş nahiyəsinin cırılmış yaraları diaqnozları qoyulub.
Qeyd edək ki, hadisə Dəmirçi kəndində qeydə alınıb.
Qəzanın təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Bakıda avtomobil ər-arvadı vurdu, vəziyyətləri ağırdır
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə...
